Sarıkamış şəhidlərini hörmətlə anırıq.
      106 il əvvəl, 22 dekabr 1914- cü il Vətən uğrunda,Bayraq üçün şəhid olan, Allahu Əkbər Dağlarında dastan yazan,qəhrəmanlıqları ilə tarixin qəlbinə qızıl hərflərlə həkk olunan Sarıkamış şəhidləri qarşısında dərin hörmət və ehtiramla baş əyib,onlara Allahdan rəhmət dilıyirik.
Sizlər fədəkarlığın, inancın, sevdanın olduğu qədər, qəhrəmanlığın və qardaşlığın da dastanın yazdınız.Sizlər,Sarıkamış cəbhələrində, Alıahu Əkbər Dağlarında, Ərzurumda, Soğanlıda, Kor Dağında, Bayburtda, Vanlı, Edirnəli, Üsküplü, Bakılı qardaşlarınızla çiyin-çiyinə, vuruşdunuz, bərabər şəhadət şərbətini içdiniz. Sizdən aldığımız ilhamla, vətənimiz üzərində, bütün dünya üzərində, eyni Sizin kimi qardaşlıq, dayanışma, paylaşma deməyə, haqq və hüquq deməyə davam edəcəyik.
          Böyük öndər, dahi Mustafa Kamal Atatürk demokratik Türkiyənin əsasını qoymuş, böyük dövlət yaratmış, Cümhurbaşkanı Racəb Tayyip Ərdoğan isə Türkiyəni bütün dünya üzrə  nüfuzlu, əzəmətli bir dövlətə çevirərək  tanıtmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etdiyi kimi: "Azərbaycan ilə Türkiyəni dərin tarixi köklər, orta milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan, xalqlarımızın iradəsinə uyğun olaraq sarsılmaz dostluq və qadaşlıq  münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir"
 Məhz buna görə regionda sülhün,təhlükəsizliyin daimi olması,sürətli inkişafın təmin edilməsi,qlobal əhəmiyyətli layihələrin  reallaşması üçün Türkiyə-Azərbaycan dostluq  və qardaşlıq əlaqələrinin inkişafı böyük əhəmiyyətə malıkdir. XX əsrin əvvəllərində məhz Türkiyə ilə Azərbaycan həmrəyliyi Bakını düşmən işğalından azad etmişdir. 1918 ci ildə Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gəlmiş müzəffər Türk Ordusunun qətiyyətli yürüşü şanlı zəfərlə başa çatdı.Qardaşlığın,birliyin şərəfli salnaməsinə çevrildi.
Təbii ki, Azərbaycan da qardaşını darda qoymamış 1919- cu ildə  Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlayan Türk Qurtuluş Savaşı qələbə ilə sona çatmışdır. Bu zəfərin qazanılmasında Türk xalqı ilə yanaşı Azərbaycan xalqı da iştirak etmiş,şəhidlər vermişdir.Türk Qurtuluş Savaşı qələbə ilə, sona çatanadək hər ay Bakıdan yüzlərlə vaqon neft, benzin, onlarla vaqon maye qaz göndərilmişdir.Qardaş Türkiyə Respublika qurluşuna nail olmaq üçün uzun və şərəfli bir yol keçmişdir.
Bu bir daha Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz və daimi olduğunu göstərmişdir.