“Milli mədəniyyətimizin, adət-ənənələrimizin təbliği və qorunması istiqamətində beynəlxalq onlayn konfransların təşkili” layihəsinin həyata keçirilməsinə start verilib.
Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə “Milli mədəniyyətimizin, adət-ənənələrimizin təbliği və qorunması istiqamətində beynəlxalq onlayn konfransların təşkili” layihəsinin həyata keçirilməsinə start verib.
Layihənin məqsədi xaricdə yaşayan, orada dünyaya gəlib formalaşan gənclərimizi, soydaşlarımızı, habelə, əcnəbiləri milli mədəniyyətimiz, incəsənətimiz,  tarixi həqiqətlərimiz, adət və ənənələrimizlə tanış etmək, onlarda milli təəssübkeşlik  və vətənpərvərlik hissini gücləndirmək, xarici lobbimizi formalaşdırmaqla ölkəmizi tanıtmaq və milli maraqlarımızı qorumaqdır. 
Umumi 6 onlayn görüş kerçiriləcək, hər tədbirdə 30 nəfər olmaqla cəmi 180 nəfər onlayn konfrastadan faydalanacaqlar.