Gənclər Fondu Gənclər təşkilatları üçün 14 cü Qrant Müsabiqəsinin nəticələrini elan edir.

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi üzrə 10 fevral – 10 mart 2020-ci il tarixlərində keçirilən növbəti müsabiqənin nəticələri elan olundu.

Gənclər Fondunun Müşahidə Şurasının tapşırığına əsasən, layihələr mövcud vəziyyətə (koronavirus pandemiyası) uyğunlaşdırılmalı və onlayn formatda həyata keçirilməlidir. Bu tələblərə cavab verən 32 layihə təklifi müsabiqəyə təqdim edilmişdir.  Qiymətləndimədən sonra 18 yerli layihə və 1 beynəlxalq layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilmişdir.

Daha ətraflı məlumat əldə etmək üçün: https://youthfoundation.az/96151/