Haqqımızda

Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Peşə təhsilinə dəstək olaq” aztəminatlı gənclər üçün peşə təlimlərinin təşkili və saytın yaradılması layihəsi nəticəsində yaradılıb. Layihənin məqsədi aztəminatlı ailələlərdən, ehtiyacı olan gənclər üçün peşə təhsili imkanları yaratmaqla müvafiq peşələrə yiyələnməsinə yardım etmək, bilik və bacarıqlarını praktikada təkmilləşdirmək və qiymətləndirməkdir. "Gələcəyə doğru" saytının yaradılması imkansız ailələrdən olan, valideynlərini erkən itirmiş, bu və ya digər səbəbdən onlardan ayrı yaşayan tənha, kimsəsiz, internat və digər xüsusi təyinatlı müəsisələrdə böyüyən və həddi buluğa çatan, həssas kateqoriyaya aid olan və risk qrupuna daxil olmaq ehtimalı olan gənclər üçün peşəyönümü sənətə yiyələnməsi, mənimsənilmiş biliklərin praktikada tətbiqi üçün iaişə müəssisələrində praktik təcrübələrin təşkili nəzərdə tutulmuşdur.




Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi 17 dekabr 2001-ci ildə təsis olunub, 30 may 2003-cü ildə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınıb...Ətraflı

Əlaqə vasitələri