Haqqımızda

Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi 17 dekabr 2001-ci ildə təsis olunub, 30 may 2003-cü ildə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınıb. Təsis olunduğu dövrdən də, gənclərin formalaşmasında, bədii təxəyyülünün inkişafında, sosial problemlərinin həllində yaxından iştrak edərək, bir çox layihələr həyata keçirmişdir. Birliyin məqsədi, Azərbaycan Respublikasında yaşayan tənha qalmış əlillərə, kimsəsiz uşaqlara və gənclərə mənəvi dayaq olmaq, onların sosial müdafiəsini təmin etməkdir. Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi bu günə kimi, bir cox layihələ imza atıb ki, bunlardan “Gənc İstedad”məktəblərarası müsabiqələrin keçirilməsi və istedadlı gənclərin mükafatlandırması , “Bizim dünyamız” əlil və fiziki qüsurlu gənclərin cəmiyyətə inteqrasiyasına yardım göstərilməsi məqsədi ilə onların yaradıcılıq imkanlarının təbliği çərçivəsində hazırianan materiallar, “Peşələrə yiyələnək”- gənclər üçün bərbərlik, aşbazlıq və dərzilik kurslarının təşkili, “İlk peşəmiz”, “Peşə təhsilinə dəstək olaq” aztəminatlı gənclər üçün peşə təlimlərinin təşkili və saytın yaradılması layihələrini misal göstərə bilərik.

Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi 17 dekabr 2001-ci ildə təsis olunub, 30 may 2003-cü ildə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınıb...Ətraflı

Əlaqə vasitələri